YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə şəhər 7 saylı tam orta məktəbdə sinif otaqlarına Vətən qəhrəmanlarının adları verilib

Şəhid F.Muradovun adını daşıyan Bərdə şəhər 7 saylı tam orta məktəbdə müxtəlif  sinif otaqlarına şəhid adlarının verilməsi  ilə bağlı  tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Bərdə Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir Səfərov, məktəbin direktoru, “C.Cabbarlı küçəsi” ərazi partiya təşkilatının sədri Mehparə Mustafayeva, rayon Uşaq Gənclər və İnkişaf Mərkəzinin direktoru Aynurə Əyyubova və şəhid ailələri iştirak ediblər. Çıxış edənlər Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında sarsılmaz xalq-ordu birliyinin gücü ilə qazanılan böyük Qələbədən bəhs ediblər. Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir iştirakçıları Aprel döyüşləri şəhidi Səbuhi Musayevin, Vətən müharibəsi şəhidləri Fəxri Qəribzadə, Elyaz Qarayev, Rəşad Nadimov, Elməddin Hüseynzadə və Asif Abışovun adlarının verildiyi siniflərdə Vətən qəhrəmanlarının qısa, ancaq şərəfli ömür və döyüş yollarını əks etdirən guşə ilə tanış olublar.