YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qarşıya qoyulan möhtəşəm hədəflərə doğru inamla irəliləyir

Azər Süleymanov

Yeni Azəbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illər ərzində böyük inkişaf yolu keçib, sosial-iqtisadi sahədə yüksək göstəricilər əldə olunub. Eyni zamanda, Azərbaycanın beynəlxalq müstəvidə də mövqeləri əhəmiyyətli dərəcədə güclənib, Cənubi Qafqaz regionunda lider statusunu daha da möhkəmləndirib. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra Azərbaycan dövləti regionun yeni gündəliyini müəyyənləşdirib.

Qazanılan uğurlar bu ilin birinci rubündə də davamlı xarakter daşıyıb. Aprelin 12-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə verilən məlumatlar deməyə əsas verir ki, müstəqil dövlətimiz qarşıya qoyduğu bütün hədəflərə  nail olur. Bunun  başlıca səbəbi isə dövlətimizin başçısının rəhbərliyi ilə düşünülmüş, praqmatik siyasətin uğurla həyata keçirilməsidir. Prezidentimiz cənab İlham Əliyev müşavirədə ölkəmizin sosial-iqtisadi göstəriciləri, beynəlxalq münasibətlər sistemində yeri və rolu, regionda baş verən proseslər, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri barədə ətraflı şəkildə fikirlərini ifadə edib. Görülən işlər deməyə əsas verir ki, bu dövrdə qarşıda duran bütün vəzifələr icra edilib. Hesabat dövründə beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilib və dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edirlər.

Cənab Prezidentin  düşünülmüş siyasəti nəticəsində həm pandemiya, həm də bizə yaxın regionlarda baş verən mürəkkəb proseslər fonunda ölkəmizin inkişafı təmin edilib. Belə ki, ilin bürüncü rübündə ümumi daxili məhsulun həcmi 6 faizdən çox artıb. Bu göstərici qeyri-neft iqtisadiyyatımızda  10 faizdən, qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Birinci rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıqlaması ilə icra olunub. Bununla da, dövlət büdcəsinin gəliri 7 milyard 10 milyon manat təşkil edib. Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi, yəni, 90 faizə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır. Ümumiyyətlə, qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən yuxarı, ümumi daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80 faizdən yuxarı hissəsini təşkil edib. Şübhəsiz ki,  həm pandemiya dövründə, həm də dünyada mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir şəraitdə əldə olunna bu nəticələr qürurvericidir. Cənab Prezidentin müəyyənləşdirdiyi inkişaf konsepsiyası qazanılan nailiyyətlərin əsasını təşkil edir. Onu da vurğulayaq ki,  dövlətimiz əhalinin sosial müdafiəsinin gücləndirilməsini də daim xüsusi diqqət mərkəzində saxlayır.  Davamlı olaraq əməkhaqları, təqaüdlər və müavinətlər artırılır. Xüsusilə, şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına qayğı davamlı olaraq artırılmaqdadır.

Müşavirədə həmçinin Azərbaycanın beynəlxalq müstəvidə artan rolu haqqında da dövlətimizin başçısı öz fikirlərini səsləndirdi. Hazırda Cənubi Qafqaz   regionunda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan münaqişənin başa çatmasını  və  yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Ona görə də, hətta 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər də bu cəhdlərdən imtina etmək məcburiyyətində qalıblar. Müşavirədə cənab Prezidentin ATƏT-in Minsk Qrupu haqqında fikirləri də Minsk qrupunun artıq tarixin arxivinə getdiyinə işarə edir.

Müşavirədə ən mühüm  məqamlardan biri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən möhtəşəm quruculuq işləri haqqında məlumatın verilməsidir. Bununla da, cənab Prezident Böyük Qayıdışın müjdələrini vermiş oldu. Azərbaycan xalqı əmindir ki, Azərbaycan dövləti qısa müddət ərzində Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcək.  Bütövlükdə, dövlətimizin yaratdığı yeni reallıqlar Cənubi Qafqazın inkişafı üçün yeni perspektivlər yaradır. Bu imkanlardan yararlanmaq üçün Ermənistan sülh imkanlarını düzgün dəyərləndirərək Azərbaycanın çağırışlarına adekvat cavab verməli, o cümlədən Zəngəzur dəhlizinin reallaşmasına əngəl olmamalıdır. Əks halda, yenə də dəmir yumruğu başlarının üzərində görə bilərlər.