YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad olunmuş torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbrsizliklə gözləyir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri        

Sonuncu müşavirədə cənab İlham Əliyevin qeyd etdiyi kimi xalqımız Böyük Qayıdışa hazırlaşır. Qayıdış üçün isə qısa müddət ərzində bütün mümkün addımlar atılıb və bütün imkanlar səfərbər olunub. Bunun üçün işğaldan azad olunan torpaqlarımızda yeni inkişaf modeli qurulub. Qarabağı işğaldan azad edən dövlətimiz indi ona yeni həyat bəxş edir. Qarabağın mirvarisi olan Şuşada  isə bərpa və yenidənqurma işləri elə şəhərin girişindən bəlli olur.

Hal-hazırda Əhmədbəyli-Füzuli-Şuşa, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, Qubadlı-Eyvazlı, Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Bərdə-Ağdam, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yollarının inşası davam edir. Şuşada işğal dövründə yararsız vəziyyət salınmış dini-tarixi abidələr üzərində də işlər aparılır. Bundan basqa, Bülbülün ev muzeyinin həyətində yay konsert zalı inşa olunur. 250 yerlik zalda bir cox tədbirlərin keçirilməsi nəzərdə tutulur. 960 şagird yerlik məktəb, 90 çarpayılıq xəstəxana da inşa edilir. Şuşada yaşayış məhəlləsinin təməli qoyulub, evlərin inşasına başlanıb. Şuşa indi nəfəs alır. Şuşa indi xoşbəxtdir. Çünki o, doğmalarına qovuşub.

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. Sözsüz ki, böyük vəsait tələb edən bu layihələrdə tərəfdaş və maraq göstərən ölkələr də Azərbaycanın yanındadır. Bu sırada qardaş Türkiyəni, Böyük Britaniyanı, İsraili, Pakistanı və s. ölkələri təmsil edən şirkətlər üstünlük təşkil edir.

Qardaş Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Təkcə 2020-ci ilin dekabr ayından etibarən işğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 791 müraciət daxil olub. Bunlardan 406-sı investisiya layihələri, 385-i isə digər iş və xidmətlərin həyata keçirilməsi ilə bağlıdır.

44 günlük Vətən  müharibəsi, sözün həqiqi mənasında, regionumuza çoxsaylı yeni reallıqlar gətirdi. Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. 30 ildən sonra düşməndən azad edilən və tariximizdə xüsusi yeri olan dədə-baba torpaqlarımız öz doğma sakinlərinin gəlişini səbrsizliklə gözləyir.

Bütün  çətinliklərə baxmayaraq,  işğaldan  azad  olunmuş  ərazilərdə məskunlaşma  da  uğurla  həyata  keçiriləcəkdir. Çünki azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir. Azərbaycanın Ali Baş Komandanının  və qəhrəman xalqının məramı, məqsədi də məhz budur!