YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan postmünaqişə dövrü ilə bağlı bütün planları uğurla yerinə yetirir

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Cənab Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin I rübünün yekunlarına dair 12 aprel 2022-ci il tarixində müşavirə keçirildi. Cənab Prezident İlham Əliyev müşavirədə giriş nitqi söyləyərək ötən ilin ölkəmizin həyatında çox əlamətdar illərdən biri olduğunu qeyd etdi. O, bildirdi ki, əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilmişdir. İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər. Şuşa şəhərində BMT-nin xətti ilə Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbirin keçirilməsi olduqca əlamətdar hadisədir. Bu bir daha təsdiq edir ki, BMT Azərbaycan ərazi bütövlüyünü tanıyır.

BMT ilə yanaşı Azərbaycan bütün nüfuzlu beynəlxlaq təşkilatlarla, o cümlədən Qoşulmama Hərakatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa İttifaq və digər təşkilatlar ilə əməkdaşlıq artan xətt üzrə inkişaf etdirilir. Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdı və postmünaqişə  reallığını qəbul etdiyini özünün fəaliyyətində təsdiq edir. 6 aprel tarixində Avropa İttifaqının xətti ilə Brüsseldə keçirilmiş görüşün nəticələrinə dair Azərbaycan–Ermənistan rəhbərlərinin imzaladığı kommunikedə “Dağlıq Qarabağ”ifadəsinin işlənməməsi özü məsələnin Azərbaycanın xeyrinə həll edilməsini iştirakçı tərəfinin qəbul edilməsi kimi qiymətləndirilməlidir. Cənab Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, “Dağlıq Qarabağ”problemini Azərbaycan bir tərəfli qaydada hərb yolu ilə həll etmişdir və bu adda artıq problem mövcud deyil. Yalnız Azərbaycanla Ermənistan arasında  münasibətləri iki qonşu dövlət olaraq tənzimləməyə ehtiyac vardır. Azərbaycan iki ölkə arasında münasibətləri tənzimləmək üçün 5 prinsipdən ibarət təkliflər paketini tərtib edərək Ermənistana təqdim etmişdir. Ermənistan tərəfi də öz növbəsində bu prinsiplərə müsbət yanaşdığını qeyd edir. Məsələnin praktiki həlli ilə bağlı Brüssel görüşündə iki dövlət arasında razlıq əldə olmuşdur.

Müşavirədə cənab Prezident İlham Əliyev 44 günlük müharibənin hər gününün təhlil edildiyini və təhlilin nəticələrinin müasir ordu quruculuğunda nəzərə alındığını xüsusi olaraq vurğuladı. O, qeyd etdi ki, Müdafiə Nazirliyinin strukturunda əsaslı dəyişiklik aparılmış, yeni qoşun növü-Komando yaradılmışdır. Postmünaqişə dövründə Azərbaycana beynəlxalq marağın artdığını təsdiq məsəllərdən biri də dünyanın ayrı-ayrı dövlətlərinin icra edilən layihələrdə iştrak etmək üçün müraciət etmələridir. Bərpa olunan enerji üzrə icra edilən və ümumi gücü 470 meqavat olan iki elektrik stansiyasının tikintisi xarici investorlar tərəfindən icra olunur.

Qeyd olunan müşavirədə I rübün yekunlarına dair iqtisadi göstəricilər müzakirə olundu və bu göstəricilərin qənaətbəxş olduğu qeyd edildi. Belə ki, ümum daxili məhsulun  6,8%, qeyri –neft sektorunda 10%-dən çox, sənaye sahəsində 4%, qeyri-neft  sənaye istehsalında 18%-dən çox artımın olduğu bildirildi.

Ölkənin xarici ticarət ixracının 60%-dən çox o cümlədən qeyri-neft məhsullarının ixracı 45% artdığı qeyd edildi. Bunun nəticəsidir ki, xarici ticarətin nəticəsi olduqca müsbətdir. Müsbət saldo 5 milyardan çoxdur. İdxal-ixrac prosesində ixrac idxalı üstələyərək 5,1 milyard gəlir əldə edilmişdir.

Cari ilin 3 ayı ərzində ergi orqanları proqnoz rəqəmdən əlavə 500 milyon, Gömrük orqanları isə 200 milyon vergi toplayaraq büdcəyə ödəmişlər. Toplanmış əlavə vəsaitlər əlavə imkanlar yaradır və bu da son nəticədə insanların həyat şəraitinin yaxşılaşması ilə nəticələnir.

Cənab Prezident İlham Əliyev əhalinin həssas qruplarını, o cümlədən şəhid ailələrini, müharibə əlillərini daima diqqət mərkəzində saxlayır. Onların problemlərinin aradan qaldırılması istiqamətində təsirli tədbirlər görülür. Məhz bu səbəbdən də həmin  katoqoriyadan olan insanların mənzil-məişət şəraitini yaxşılaşdırılması istiqamətində çox güclü işlər görülmüş və həmin ailələr üçün çoxsaylı mənzil və  ya fərdi yaşayış evləri tikilərək istifadəyə verilmişdir.

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri cənab Prezident İlham Əliyevin rəhbərliyi altında sistemli və ardıcıl şəkildə davam etdirilir. İndiyə qədər olduqca mühüm infrastruktur layihələri icra olunmuş, yaşayış məntəqələrinin layihələndirilməsi işləri sürətlə davam etdirilir. Artıq Şuşa şəhərində yeni yaşayış sahəsinin, Zəngilan rayonunda Ağalı kəndin inşası həyata keçirilir. Cari ildən artıq Qarabağa əhalinin qayıdışı mərhələsinə başlanacaq.

İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı dövlətimizin iqtisadi qüdrətinin artırılmasına öz töhfəsini verəcək. Azərbaycanın iqtisadi imkanları getdikcə artacaq. Artan iqtisadi imkanlarxalqımızın həyat şəraitinin ilbəil yaxşılaşacağını tam olaraq əsas verir.