YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq təşkilatlar Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Vətən müharibəsi zamanı və ondan sonraki dövrdə cənab Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycanın yeni reallıqlar yaratdığını və hərkəsin bununla hesablaşmalı olduğunu bildirirdi. 30 ilə yaxın dövrdə Ermənistanın işğal siyasətinə məruz qalan Azərbaycan bu vəziyyətlə barışmağa məcbur edilirdi. Azərbaycanın münaqişənin beynəlxalq hüquq çərçivəsində həll edilməsinin tərəfdarı olmasına baxmayaraq, qəbul edilən qərarlar və sənədlər yalnız kağız üzərində qalırdı. Beynəlxalq təşkilatlar Azərbaycana qarşı Ermənistanla müqayisədə ikili standartlar nümayiş etdirirdi.

Azərbaycan hər zaman aparıcı beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etmiş və onların fəaliyyətinə öz töhvəsini vermişdir. Aprelin 12-də cari ilin birinci rübünün yekunlarına dair həsr olunan müşavirədə Prezident İlham Əliyev bu məsələyə toxunaraq beynəlxalq təşkilatların postmünaqişə dövründə Azərbaycanla əməkdaşlığını geniş şəkildə dəyərləndirdi. Cənab Prezident ilk öncə BMT ilə əməkdaşlığa toxunaraq təşkilatın öz xətti ilə ölkəmizdə fəaliyyətinin 30 illiyi münasibətilə Şuşa şəhərində tədbir keçirdiyini vurğuladı. Bu tədbiri Şuşa şəhərində keçirməklə BMT bir daha Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdığını nümayiş etdirmiş oldu. Əslində bu mövqe səbəbsiz deyil çünki, cənab Prezident İlham Əliyev hər zaman beynəlxalq tribunalardan çıxış edərkən BMT-nin ölkəmizlə bağlı qəbul etmiş olduğu qətnamələri xatırladaraq beynəlxalq aləmi ölkəmizin haqq səsinə dəstək olmağa çağırırdı. BMT-nin qəbul etdiyi qətnamələrin icra edilməməsi təşkilatın nüfuzuna ciddi şəkildə mənfi təsir göstərirdi. Prezident İlham Əliyev müzəffər sərkərdə qətiyyəti ilə bu aparıcı təşkilatın icra edə bilmədiyi qətnamələri təkbaşına yerinə yetirdi.  Azərbaycanın uğurlu əməkdaşlıq etdiyi digər ən böyük beynəlxalq təşkilat Qoşulmama Hərəkatıdır. Hərəkata sədrlik Azərbaycana keçdikdən sonra Prezident İlham Əliyevin dərin diplomatik məharəti ilə bu təsisatın nüfuzu daha da artmışdır. Azərbaycanın haqlı mövqeyi ilə həmrəy olan Qoşulmama hərəkatı daim ədalətli mövqe nümayiş etdirmişdir. Digər Azərbaycanla fəal əməkdaşlıq edən aparıcı beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. Bu təşkilat işğal dövründə ermənilər tərəfindən dağıdılan tarixi-dini abidələrlə bağlı öz mövqeyini əks etdirən qərarlar və qətnamələr qəbul etmişdir. Həmçinin təşkilatın rəhbərliyi işğaldan azad olunmuş ərazilərə səfər edərək bir daha ölkəmizin ərazi bütövlüyünü, burada aparılan yenidən qurma işlərinə öz dəstəklərini nümayiş ediriblər.

ATƏT-in Minsk Qrupunun Vətən müharibəsinə qədərki dövrdə fəaliyyətini dəyərləndirən Prezident İlham Əliyev bu qrupun faəliyyətini de-fakto etibarsız sayıla biləcəyini qeyd etmişdir. Çünki, ATƏT-in Minsk Qrupu ötən dövr ərzində təəssüflər olsun ki, münaqişənin sülh yolu həlli istiqamətində heç bir zaman əsaslı nəticə əldə edə bilməmişdir.  Bununla bərabər Avropa İttifaqı ilə təmaslarda bu iqtisadi və siyasi təşkilatın mövqeyində Azərbaycanın yaratmış olduğu yeni reallıqları qəbul etməsi müşahidə olunur. Belə ki, müharibədən sonraki dövrdə Avropa İttifaqı ölkəmizlə təmasları daha da artırmış və Azərbaycan-Ermənistan arasında əlaqələrin müsbət şəkildə inkişafı üçün səylər nümayiş etdirir. Təşkilat qəbul etdiyi sənədlərdə artıq “Dağlıq Qarabağ” ifadəsinə istinad etmir və Azərbaycan tərəfindən Ermənistanla münasibətlərin normallaşdırmaq üçün təklif edilən 5 prinsipdən ibarət təklifi əldə olunan razılaşmaların əsas predmetini təşkil edir. Bununla da Azərbaycanın ərazi bütövlüyü həm Avropa İttifaqı tərəfindən bir daha qəbul edilir, həm də Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkir.

Prezident İlham Əliyevin aprelin 12-də keçirilən müşavirədə toxunduğu digər önəmli məqam ordunun inkişafi ilə bağlı atılan addımlar oldu. Vətən müharibəsində strateji hədəflərin məhv edilməsində, o cümlədən, ərazilərin ələ keçirilməsində xüsusi təyinatlı qüvvələr həll edici rol oynamışdır. Müharibədən sonraki dövrdə ordumuzun Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında formalaşdırılması istiqamətində cənab Ali Baş Komandan tərəfindən tapşırıq verilmişdir. Bu çərçivədə artıq bir sıra mühüm işlər görülür və onlardan biri də Komando növü üzrə qoşun növünün yaradılmasıdır.

2022-ci ilin ilk 3 ayının göstəriciləri də ölkəmizin iqtisadi potensialının artmasından xəbər verir. İlin birinci rübü ərzində ümümi daxili məhsul 6,8 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır. Xüsusilə ölkənin xarici ticarət dövriyyəsi 60 faiz çox artmışdır. Bütün bu göstəricilər aparılan islahatların nəticəsidir. Məhz bu iqtisadi göstəricilər işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin planlı şəkildə yerinə yetirilməsinə imkan yaradır. Azərbaycanın azad olunmuş ərazilərdə heç bir yardıma ehtiyac olmadan bərpa quruculuq işlərini həyata keçirmək iqtidarında olması ölkəmizin iqtisadi qüdrətindən xəbər verir. Amma bununla bərabər Prezident İlham Əliyev Avropa İttifaqı tərəfindən azad olunmuş ərazilərdə bərpa işlərinə 2 milyardlıq maliyyə paketinin ayırılması müsbət hal kimi dəyərləndirir. Digər önəmli məsələ minalanmış ərazilərin təmizlənməsidir ki, burada mütəxəssis sayının azlığına toxunan Prezident İlham Əliyev bu məsələ ilə əlaqədər xarici vətəndaş cəmiyyəti institutlarının, o cümlədən, bir sıra fondların kömək göstərə biləcəklərini qeyd etmişdir.