YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının sədri

Bu gün respublikamızda sosial-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişafı üçün etibarlı zəmin yaradılıb. Təsadüfi deyildir ki, dünyada yaşanan ən ağır maliyyə və iqtisadi böhran şəraitində belə Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edilib, iqtisadiyyatımız artıb. Bütün bunlara nail olunmasında isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edib.

Azərbaycan əvvəlki illərdə olduğu kimi, cari ilin ötən aylarında da dövlətimizin başçısının rəhbərliyi ilə dinamik inkişaf yolu keçib, bütün sahələrdə ciddi nailiyyətlər əldə edilib, respublikamız öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini gerçəkləşdirib. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan mükəmməl iqtisadi strategiya nəticəsində islahatların davamlılığı təmin edilib, iqtisadi inkişaf daha da sürətlənib.

Son illər ərzində sosial-iqtisadi sahələrin inkişafı məqsədilə idarəetmə fəaliyyətinin yenilənməsinə xüsusi əhəmiyyət verilib. Respublikada həm yeni nazirliklər yaradılıb, ayrı-ayrı nazirliklərin təkrarlığı aradan qaldırılıb, birləşmə prosesi gedib, həm də bəziləri ləğv edilib. Bir sözlə, dövlət başçısı hər zaman çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirib. Son illərdə isə ölkədə idarəetmənin daha çevik mexanizmlərinin təşkili ilə bağlı məsələ mühüm önəm daşıyıb. Bu, sosial-iqtisadi islahatların daha sürətlə aparılmasına, qeyri-neft sektorunun sürətli inkişafına təkan verib.

İqtisadi tərəqqidə “Bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir” prinsipini strateji kurs kimi müəyyənləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması və s. vəzifələri uğurla gerçəkləşdirilir. Bu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi isə müsbət nəticələrlə müşahidə edilir.