YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi şəhidi Solnsev Dmitriy Aleksandroviçin doğum günündə xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Solnsev Dmitriy Aleksandroviçin doğum günü ilə əlaqədar İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvlərinin iştirak etdiyi ziyarətdə Vətən qəhrəmanının əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Dmitri Solnsev Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020-ci il oktyabrın 24-də Qubadlı uğrunda gedən döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.