YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçında “Mən fəxr edirəm ki Azərbaycanlıyam” mövzusunda ümumrayon müsabiqəsinə start verilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı, Laçın rayon Təhsil şöbəsi, Laçın rayon Gənclər və İdman idarəsi və Laçın rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda ümumrayon müsabiqəsinə start verilib.

Bununla əlaqədar, YAP Laçın rayon təşkilatının qərargahında müsabiqə təşkilatçılarının toplantısı keçirilib.

İclasda rayon təşkilatının sədri İlqar İlyasov Heydər Əliyev irsindən geniş söhbət açıb, müsabiqə ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.