YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Pərvin Təhməzovun ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının fəalları və Şuşa rayon 10 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhid Təhməzov Pərvin İlqar oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə Pərvinin qısa və şərəfli ömür yolundan bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.