YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə Aprel döyüşləri şəhidlərinin xatirələri anılıb

Bərdə rayonunda Aprel döyüşləri şəhidləri baş leytenant Ziya Niyazi oğlu Həsənovun və kiçik çavuş Səbuhi Rəfael oğlu Musayevin şəhadətlərinin ildönümləri münasibəti ilə məzarları ziyarət olunub.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı “H.Əliyev prospekti” ərazi partiya təşkilatının sədri Liza Cabbarova və partiya üzvləri, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri Ziya Həsənovun və Səbuhi Musayevin məzarlarını ziyarət edib, məzarları önünə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətindən, xalqımızın sarsılmaz birliyindən və müzəffər ordumuzun peşəkarlığından danışılıb. Qeyd olunub ki, Aprel döyüşləri 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizin başlanğıcı oldu.

Ziyarətçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə uca Allahdan rəhmət, ailələrinə səbr diləyiblər.

Şəhid Ziya Həsənovun atası Niyazi Həsənov və şəhid Səbuhi Musayevin anası Reyhan Musayeva dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda Bərdə şəhər Akademik Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim ediblər.