YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda şəhid Vüsal İsmayılovun doğum günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilat nümayəndələri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış baş gizir İsmayılov Vüsal Nəbi oğlunun doğum günü münasibətilə xatirəsinə Xalxal kəndində inşa edilmiş abidə-bulaq kompleksini ziyarət ediblər.

Çıxış edənlər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Vüsal kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər.

Daha sonra Xalxal kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, üzərinə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri olan Vüsal İsmayılov 2020-ci il oktyabrın 4-də Füzulinin azad olunması uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Vüsal İsmayılov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin özündən sonra 1 qız və 2 oğul övladı Vətənə əmanət qalıb.