YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Brüssel görüşü Azərbaycan diplomatiyasının və Prezidentinin növbəti uğuru kimi dəyərləndirilməlidir

Ötən gün Belçikanın paytaxtı Brüsseldə əvvəl Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında, daha sonra isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezideti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi.

Bəs bu keçilən üçtərəfli görüşün əhəmiyyəti nələrdən ibarətdir? Keçirilən görüşdə gözlənilən nəticə alına bilərmi?

Milli Məclisin deputatı Naqif Həmzəyev bilbidib ki, bu, Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə baş tutan ikinci görüş idi.

“Bu görüşdə əsas hədəf tərəflər arasında sülh anlaşmasının imzalanmasına nail olmaq və digər əsas baza prinsipləri əsasında razılığın əldə olunması idi. Görüşdən sonra verilmiş bəyanatdan açıq-aşkar görünür ki, görüş çox məhsuldar olub və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsi üçün ilkin razılıq əldə edilib. Sərhədlərin tanınması, sərhədboyu təhlükəsizlik xəttinin formalaşdırılması üçün işçi qrupun yaradılması qərarı verilib. Bu proses xarici işlər nazirləri səviyyəsində həyata keçiriləcək. Həmçinin görüş zamanı tərəflər arasında kommunikasiyanın açılması da müzakirə olunub”.

“Düşünürəm ki, Brüsseldə baş tutan bu görüş Azərbaycan diplomatiyasının və cənab Prezident İlham Əliyevin növbəti uğuru kimi dəyərləndirilməlidir” – deyə, deputat əlavə edib:

“Çünki görüşdən öncə cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və Azərbaycan tərəfinin əsas götürdüyü 5 bəndlik baza prinsipi demək olar ki, əsas müzakirə obyekti olub. Bizim də istədiymiz kimi sülh danışıqlarının baş tutması üçün vacib addım atılıb. Burada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də səylərini və prosesə verdiyi töhfəni də düzgün, lazımi formada dəyərləndirmək lazımdır. İstənilən halda regionda sülhün əldə olunması bütün tərəflərin xeyrinədir. Ən əsası isə, Azərbaycanın qalib ölkə kimi daha çox şərtlər və tələblər irəli sürmədən regionda sülhü dəstəkləməsi həm Avropa İttifaqının, həmçinin qərb institutlarının dəstəklədiyi bir yanaşmadır. Bu da onu göstərir ki, Azərbaycan həmişə sülhün və beynəlxalq hüququnda tərəfdarı olub və bu gün də Azərbaycam regionda uzunmüddətli sülhü dəstəkləyir. Azərbaycanın ən əsas istəyi sərhədlərin tanınması, kommunikasiyaların açılması və regionda uzunmüddətli sülhmə nail olmaqdır”.