YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaxda şəhid Hacıəhməd Hacıəhmədlinin məzarı ziyarət olunub

Qaxda Vətən müharibəsi şəhidi Hacıəhmədli Hacıəhməd Həsən oğlunun doğum günü ilə əlaqədar xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Rayon İcra Hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qax rayon bölməsinin əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.