YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında “5 mart - Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında “5 mart - Bədən tərbiyəsi və idman günü"nə həsr olunmuş idmançılarla gənclərin görüşü keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, yunan-roma güləşi üzrə Yay Olimpiya oyunlarının qızıl medalçısı Fərid Mansurov, karate üzrə 5 qat dünya, 11 qat Avropa çempionu Rəfael Ağayev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və gənclər iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. 

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev ölkəmizin inkişafında gənclərin rolunu yüksək dəyərləndirərək bildirib ki, müstəqil respublikamızın dünyada tanınmasına töhfələr verən gənclərimiz və idmançılarımız Vətənimizin azadlığı və müstəqilliyi, torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsi uğrunda aparılan mübarizədə həmişə ön sırada olub, qəhrəmanlıq nümunəsi göstəriblər. Ölkəmizin dünyanın aparıcı idman dövlətləri sırasında olduğunu qeyd edən S.Vəliyev bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də nailiyyətlər əldə edildiyini, qazanılan müvəffəqiyyətlərin məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısının, dövlət dəstəyinin göstəricisi olduğunu vurğulayıb.

Sonra yunan-roma güləşi üzrə Yay Olimpiya oyunlarının qızıl medalçısı Fərid Mansurov, karate üzrə 5 qat dünya, 11 qat Avropa çempionu Rəfael Ağayev çıxış edərək görüş iştirakçılarına keçdikləri şərəfli idman yolu haqqında ətraflı məlumat veriblər. Həmçinin idmançılar 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkədə milli idman növləri ilə yanaşı Olimpiya idman növləri də böyük vüsət aldığını vurğuladılar. İdmana göstərilən dövlət qayğısı, onun inkişafı üçün yaradılan şərait Azərbaycana medalların axıb gəlməsi ilə bərabər Respublikamızı Avropa və dünya çempionatlarının keçirildiyi bir məkana çevirdi. Artıq ölkəmiz dünyada təbii sərvətləri ilə yanaşı, həm də bir idman ölkəsi kimi tanınır. Bütün bu göstəricilər Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun güclənməsinə xidmət edir. Elə bizim 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarına ev sahibliyi etməsi və düşmən üzərində qazandığımız tarixi Zəfər deyilənlərə canlı misal olduğunu natiqlər xüsusi qeyd etdilər.

Tədbirdə gənclərin sualları Fərid Mansurov və Rafael Ağayev tərəfindən cavablandırılıb.

Sonra Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev idmançı qonaqlar Fərid Mansurov və Rəfael Ağayevə təşkilat adından simvolik hədiyyələr təqdim etmişdir.

Sonda xatirə şəkli çəkilib.