YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə YAP Zərdab rayon təşkilatı və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, bu gün cəmiyyətimizdə qadınların fəaliyyəti üçün lazımi şərait yaradılıb: “Onlar bütün dövlət strukturlarında layiqincə təmsil olunaraq bacarıq və qabiliyyətlərinə uyğun çalışırlar. Hazırda respublikamızda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Qadınlarımız hətta ən çətin və mürəkkəb işlərdə də uğur qazanmağı bacarırlar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasətinin bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi diqqətə çatdırılıb. 

Qeyd olunub ki, Zərdab rayon əhalisinin 49,8 faizini qadınlar təşkil edir. 44 məktəb direktorunun 27-si, “Əməkdar müəllim” fəxri adı almış 10 nəfər müəllimdən 6-sı qadınlardır.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin anaları, müxtəlif sahələrdə çalışan qadınlar çıxış edərək diqqət və qayğıya görə ölkə başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.