YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

44 günlük Vətən müharibəsində əldə etdiymiz qələbə ilə partiyamızın qarşısında qoyulmuş bütün hədəflərə nail olduq

Azər Badamov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Yeni Azərbaycan  Partiyasının VII Qurultayının keçirilməsindən bir il ötür. VII Qurultay 5 mart 2021-ci ildə keçirilmişdir. VII Qurultay  fərqli bir dövürdə keçirilirdi və qurultayın qarşısında fərqli məsələlər dayanırdı. Ondan əvvəlki altı qurultaylarda müəyyənləşdirilən  əsas məsələlər  ölkədə gedən siyasi proseslərdə partiyamızın  iştirakı ilə bağlı qərarlar vermək, Ümumimilli Lider Heydər Əliyevin YAP qarşısında qoyduğu vəzifələrinin icrası , ölkəmizin inkişafı və dövlət müstəqilliyini möhkəmləndirmək və torpaqlarımızın erməni işğalından azad edilməsinə nail olunmaq idi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiymiz qələbə ilə partiyamızın qarşısında qoyulmuş bütün hədəflərə nail olduq. Ölkəmizin dövlətin hakimiyyətinin qollarında aparılan islahatlara başlanması və əldə etdiyimiz qələbə Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr müəyyənləşdirilməli idi.  YAP yarandığı gündən bir il keçməmiş iqtidara gəlmiş yeganə partiya olmuşdur. YAP-ın meydana gəlməsi də tarixi zərurət idi. Çünki, müstəqilliyimizn ilk illərində Azərbaycanda yaranmış siyasi partiyalar çox olsa da o dövürdə ölkənin müstəqil gələcəyini müəyyənləşdirə biləcək və zəruri qərarlar vermək iqtidarında olan siyasi güc və lider meydanda deyildi. Ona görə də SSRİ-nin dağılmasından sonra Azərbaycana yenidən qayıtmış dövlət müstəqilliyini böyük təhlükələr gözləyirdi. Ölkədə hərcmərcilk, xaos, haikimiyyət davası, vətəndaş müharibəsi ilə üzləşməsi və nəticədə torpaqlarımızın sürətlə işğal olunması və nəticədə 70 ildən sonra qovuşduğumuz dövlət müstəqilliyinin yenidən  itirilməsi təhlükəsi yaranmışdı. Ölkənin düşdüyü bu ağır vəziyyətdən  xilas olunması üçün yeni bir siyasi güc və xalqın etibar etdiyi yeni bir siyasi lider meydana gəlməli idi. Rəhbərlik etdiyi illərdə  qəbul etdiyi mühüm qərarları ilə sovet Azərbaycanını böyük inkişafa qovuşduran, İttifaq rəhbərləri arasında özünün böyük təcrübəsi, siyasi iradəsi və bacarığı ilə seçilən,  xalqın arasında  böyük hörmət qazanmış  və xalqın inandığı belə yeganə şəxsiyyət  Heydə Əliyev idi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə YAP yaranmalı və iqtidara gələrək ölkəni təlatümlərdən və faciələrdən  xilas etməli idi. Beləliklə Yeni Azərbaycan Partiyası təsisi olundu və xalqın tələbi və istəyi  ilə bu illər ərzində  iqtidarda təmsil olunur. YAP yarandığı gündən ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin yaradılması, ölkədə milli birliyin formalaşdırılması, harda yaşamasından asıllı olmayaraq dünyada yaşayan bütün soydaşlarımızı azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi, Azərbaycanı nüfuzlu və inkişaf edən dövlətə çevrilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənc nəsil yetişdirilməsi və torpaqları işğaldan azad etmək kimi mühüm vəzifələri qarşısına qoymuşdu.  2020-ci ilin sonuna kimi YAP qarşısına qoyduğu bütün vəzifələrə nail olunmuşdu və ölkənin gələcək inkişafını daha da sürətləndirmək və dövlət müstəqilliyini möhkəmləndirmək üçün yeni vəzifələr və hədəflər müəyyənləşməli idi. 2018-ci il prezident seçkilərində böyük səs çoxluğu ilə  yenidən seçilən YAP-ın Sədri cənab İlham Əliyev ölkənin inkişafını möhkəmləndirmək məqsədilə  zamanın yeni çağırışlarına uyğun müasir dövlət idarəçilik sisteminin formalaşdırılması üçün ölkədə  geniş islahatların keçirilməsinin zəruriliyini elan etdi. Beləliklə hakimiyyətin bütün qollarında bu islahatlar aparılmışdı və dövlətimiz yeni bir dövrə qədəm qoymuşdu. Ölkədə gedən islahatlar prosesində YAP kənarda qala bilməzdi. Ona görə də YAP-ın VII Qurultayı çağırıldı. Qurultayda Prezident İlham Əliyev  YAP-ın tərkibində də islahatların aparılmasının vacibliyini qeyd edərək partiyamızın qarşısında yeni vəzifələr qoydu.  Təbii ki, partiyamızın yeni strukturda və yeni vəzifələrin icra edilməsi üçün  fəaliyyətinin davam etdirilməsi vacib idi. Qurultayda partiyamızın Sədri, birinci müavini və müavinləri seçildi, İdarə Heyəti, Təftiş Komisiyası, Veteranlar Şurası yenidən yaradıldı. Partiyamızn sədri  İdarə Heyətin qarşısında qısa bir zamanda Partiyanın yeni nizamnaməsinin və proqramının hazırlanmasını tapşırdı. VII Qurultayın keçirilməsindən ötən bir ili ərzində YAP-ın İdarə  Heyəti partiyamızın yeni nizamnaməsini və partiyamızın qarşısında qoyulan yeni vəzifələri özündə əks etdirməklə yeni  proqramını hazırladı, Gənclər Birliyinin sədrini təyin etdi, yerli təşkilatların rəhbərlərini təsdiq etdi.

Beləliklə,  effektiv nəticələrin əldə olunması naminə Proqramda YAP fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edilib: Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir. Yeni Azərbaycan Partiyası özünün mövcudluğu dövründə özünü ümumxalq partiyası olduğunu təsdiq etmişdir. Bu illər ərzində ölkəmizin inkişafında uğurların əldə edilməsində dövlətimizin və xalqımızın yanında olmuş, xalqa xidmət etmişdir. YAP gələcəkdə də xalqa xidmət etmək misiyasını yüksəkdə tutaraq partiyanın proqramında müəyyənləşdilmiş  yeni hədəflərə nail olunması  üçün əzimlə fəaliyyət göstərəcəkdir.