YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin sədri gənclərlə görüşüb

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov gənclərlə görüşüb.

Əvvəlcə, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, vətənpərvərlik tərbiyəsi gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığı özündə ehtiva edir. Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir.

Sonra YAP Gənclər Birliyinin fəaliyyətinə dair videoçarx nümayiş olunub.

Çıxış edən Bəxtiyar İslamov sədri olduğu YAP Gənclər Birliyinin yenilənmiş tərkibi ilə son bir il ərzində görülən işlərdən bəhs edib. B.İslamov gəncləri YAP Gənclər Birliyi ilə birgə fəaliyyətdə aktiv olmağa çağırıb.

Görüşdə qarşıda duran vəzifələrin layiqincə və yüksək səviyyədə yerinə yetirilməsi üçün gənclərin üzərinə düşən vəzifələr geniş müzakirə olunub.

Daha sonra müzakirə formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib.