YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oğuzda şəhidin doğum günü qeyd olunub

Oğuzda Vətən Müharibəsi Qəhrəmanı, şəhid Nail Nəriman oğlu İbrahimlinin doğum günü uyuduğu Xaçmaz kənd qəbiristanlığında məzarı üstündə qeyd olunub. 

Anım tədbirində Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, partiya fəalları, Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları,

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsinin nümayəndəsi, Dövlət Sərhəd Xidməti komandanlığının ali hərbi rütbəli zabit və şəxsi heyəti, ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak ediblər. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

YAP Oğuz rayon təşkilatının əməkdaşları şəhidin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, Nail İbrahimli 44 günlük Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Şuşada döyüş yolu keçərək, noyabrın 8-də Şuşa şəhəri istiqamətində şəhidlik zirvəsinə ucalıb.