YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının “M.Hüseyn küçəsi 1” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

İclasda YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rəfael Gülməmmədov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov iştirak ediblər.

İclasda partiyanın inkişaf yolundan danışan QSC-nin sədri Rövşən Məmmədov bildirib ki, başlanğıcını 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvan Muxtar Respublikasında keçirilən təsis konfransından götürən bu işıqlı yol bizi bugünkü müstəqilliyimizə qovuşdurub: “Hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının həm ölkə daxilində mövqeləri çox möhkəmdir, həm də xarici əlaqələri genişdir. Cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirən hakim Partiya sözün əsl mənasında, ümumxalq partiyasıdır”.

Daha sonra təşkilati məsələlərə baxılıb. Elnur Orucov “M.Hüseyn küçəsi 1” ünvanı üzrə yeni ərazi partiya təşkilatının sədri, Röya Bənənyarlı isə sədr müavini seçilib.

İclasda, həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.