YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər öz gələcək həyatlarını düzgün müəyyənləşdirmək üçün fəal olmalıdırlar

Məşhur Məmmədov,

Milli Məclisin deputatı

İyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Həmin vaxtdan indiyədək gənclərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasındadır. Azərbaycan bu 25 ildə böyük inkişaf yolu keçib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, eyni zamanda son 18 ildə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz biri-birindən əhəmiyyətli uğurlara imza atıb.

Ötən illərə nəzər salsaq bunun əyani mənzərəsini görərik. Müstəqilliyimizin bərpasının ilk illərində vəziyyət çox ağır idi. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Dünya güclərinin, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Qarabağ məsələsinin tezliklə həll ediləcəyinə, ədalətin bərpa olunacağına böyük ümidlər yaranmışdı. Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olurdu. Erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər.

Hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqinin aşağı səviyyədə olması da öz sözünü deyirdi. Həmin illərdə Azərbaycanda ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, beynəlxalq təşkilatların tərəddüdlərinə səbəb olurdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Ümummilli Liderin gələcəyə hesablanmış inkişaf strategiyası ölkəmizin qarşısında geniş imkanlar açaraq bütün sahələrdə davamlı uğulara imza atmasını şərtləndirdi.  1994-cü ildə “Əsrin kontraktı” imzalandı. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da iqtisadiyyatımızın uğurlu inkişaf etdiriləcəyinə əlavə ümidlər verdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi. Bu sazişin iqtisadi səmərəsi ilə yanaşı, siyasi əhəmiyyəti daha geniş şəkildə müzakirə olunur, gələcəklə bağlı nikbin proqnozlar səsləndirilirdi. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra  Azərbaycana inam artdı. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin coğrafiyası genişləndi.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial müdafiəsinin gücləndirilməsi idi. Bu baxımdan ulu öndər Heydər Əliyevin Fərmanı əsasında Dövlət Neft Fondunun yaradılması bugünümüzə hesablanmış addımlar sırasındadır. Fondun maliyyələşdirdiyi istiqamətlərə diqqət yetirdikdə onun məqsəd və məramı özünü daha qabarıq şəkildə büruzə verir. Bir milyondan artıq soydaşlarımızın sosial prbolemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim Dövlət Neft Fondunun prioritetləri sırasında yer tutub. Fondun vəsaitləri hesabına maliyyələşən istiqamətlərdən biri də gənclərin xarici ölkələrdə təhsilidir.

Bütün bunları sadalamağımız səbəbsiz deyil. Azərbaycan gəncinin hərtərəfli inkişafı, öz potensial imkanlarını ortaya qoyması üçün geniş imkanlar yaradıldı. Gənclərimizi Azərbaycanın gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev məhz gənclərə üz tutdu, onlara tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq üçün əməli-praktiki addımlar atıldı.

Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Yeni nəslin vətənpərvərlik ruhunda, xalqa, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi inamla irəliyə baxır.  Gənclər öz gələcək həyatlarını düzgün müəyyən etmək və dövlətə maksimum xeyir vermək üçün daha fəal olmalıdırlar.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkəmizin daxili işinə qarışa bilməz.  Halbuki belə cəhdlər həmişə olub və olacaq.  Gənclər bundan sonra da vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. İkinci Qarabağ müharibəsində gənclərin vətənpərvərliyi, Vətən, torpaq uğurunda canlarından keçmələri onlara olan inamı, etimadı daha da artırdı. Cənab İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda proqram xarakterli nitqi, həmçinin gəncləri maraqlandıran sualları cavablandırarkən səsləndirdiyi fikirlər Azərbaycan gəncliyinin 25 ildə keçdiyi inkişafı yolunun, Azərbaycanın uğurları fonunda qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün gənclərin qarşısında mühüm vəzifələr dayanır. Şübhə yoxdur ki, Azərbaycan gəncliyi 44 günlük İkinci Qarabağ müharibəsində fədakarlıq, qəhrəmanlıq göstərib 30 ilin nisgilinə son qoyduğu kimi, postmünaqişə dövründə də bu ərazilərdə bərpa və quruculuq işlərinə öz töhfəsini verəcək.