YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Əli Əsədov ilə Ukraynanın Baş naziri Denis Şmıqal arasında telefon danışığı olub

Fevralın 4-də Ukraynanın Baş naziri Denis Şmıqal Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazirlər Azərbaycan ilə Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir-birilərini təbrik ediblər.

Telefon söhbəti zamanı Azərbaycan-Ukrayna dostluq münasibətlərinin iqtisadi və bir çox digər sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.