YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb

Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb.

Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli mətbuat konfransında söyləyib.

Sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələrin öz əksini tapdığını bildirən Dövlət Xidmətinin rəisi deyib: "Bunlar işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyasıdır".

DİGƏR Xəbərlər Arxiv