YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ağalar Vəliyev Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatları göndərib

Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərinə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə qeyd olunur ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan möhtəşəm qələbə və müharibədən sonrakı dövrdə əldə olunan böyük siyasi-diplomatik və sosial-iqtisadi nailiyyətlərin sayəsində hazırda işğaldan  azad olan torpaqlarımızda nəhəng infrastruktur layihələri və genişmiqyaslı quruculuq işləri uğurla həyata keçirilməkdədir.

Qalib xalqımız tərəfindən bu bayram günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur və igid qazilərimizə şəfa dilənir.

Milli Məclisin deputatı 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni 2022-ci il münasibəti ilə seçicilərinə səmimi təbriklərini və xoş arzularını yetirib.

Deputatın ofisindən daxil olan məlumata əsasən Ağalar Vəliyevin təşəbbüsü ilə bayramlar münasibətilə xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan 30-dan çox yaşayış məntəqəsində 1 000-nə yaxın şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.