YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatı şəhid ailələrini bayram münasibətilə ziyarət edib

30 dekabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov və Rayon İcra Hakimiyyətinin başçısının I müavini Vəzir Səfixanov Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin -Babayev Vüsal Sübbuh oğlu və Nəbiyev Elmar Elman oğlunun ailələrini ziyarət ediblər.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına dövlət  tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq nəticəli tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı bütün dünya üçün nümunəvi xarakter daşıyır.

Rayon İcra Hakimyyətinin başçısının I müavini Vəzir Səfixanov  dövlətimizin şəhid  ailələrinə  göstərdiyi diqqət və qayğıdan danışdı. Son illərdə ölkənin bütün bölgələrində Şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərinin həlli ilə yanaşı, yaşayış evləri və minik avtomobilləri təqdim olunub. Bu sosial layihələr çərçivəsində dövlətimizin və ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələri və müharibə əlilləri də dövlət qayğısı ilə əhatə olunub. Vətən müharibəsi başlanan ilk gündən Pirallahı rayon sakinləri də könüllü olaraq cəbhəyə yollanmaq məqsədilə Prezidentə çoxsaylı müraciətlər etdilər. Cəmi 20 min əhalisi olan rayondan yüzlərlə gənc könüllü olaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etdilər. Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə 2 rayon sakini şəhidlik zirvəsinə ucaldı, 8 nəfər rayon sakini yaralandı. Hər iki şəhid ailəsi və qazilərin ailələrinin sosial problemləri rayon rəhbərliyi tərəfindən aradan qaldırılır. Mütəmadi olaraq rayon İcra hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkərək diqqət və qayğı göstərirlər.   

Ziyarət zamanı şəhid ailələrinə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə bayram hədiyyələri verilib. Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.