YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatı elmi-praktik konfrans keçirib

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı “İlham Əliyev: davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktik konfransı keçirib. Tədbirdə partiya fəalları, şəhid ailələri, qazilər və ictimai birliklərin rəhbərləri iştirak ediblər. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Bərdə rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəqət Şadlinskaya müstəqil Azərbaycan dövlətinin son 18 ildə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin böyük inkişaf yolu keçdiyini söyləyib.

Tədbirdə “Azərbaycan Bayrağı” ordenli şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, YAP Bərdə rayon təşkilatı “Mədəniyyət İşçiləri” ərazi partiya təşkilatın sədri Validə Nabatova, partiya fəalı Fidan Nəsirli və Vətən müharibəsi iştirakçısı Vüsal Quliyev də çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən danışıblar.