YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Abşeron rayon təşkilatının təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının təşkilatçılığı ilə Abşeron rayon Heydər Əliyev mərkəzində “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib.

 Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və YAP fəalları iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Prezident İlham Əliyevin uğurlu demokratik siyasi fəaliyyətindən, son 18 ildə Azərbaycanın dinamik və davamlı inkişaf tarixindən, xalqın xoşbəxt və firavan həyatını təmin edən bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə həyata keçirilən islahatlardan və 44 günlük Vətən müharibəsində qazanılan tarix zəfərdən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.