YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda “Azərbaycan son 18 ildə” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı “Azərbaycan son 18 ildə” mövzusunda videoformatda tədbir  keçirib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxış edən YAP Masallı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev ötən müddət ərzində ümummilli lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməli işləri ilə təsdiq edən Prezident İlham Əliyevin Azərbaycanda yeni dövrün, yeni eranın başlanğıcının əsasını qoyduğunu söyləyib. Bildirib ki, cənab Prezident müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpağımız olan Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, Sərkərdə kimi tarixdə qalacaq.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin I müavini Məmmədhüseyn Hüseynov, Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva, Bədəlan ərazi partiya təşkilatının sədri Arif Mehtiyev, Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatının sədr müavini Namiq Ağayev və digərləri də mövzu ətrafında çıxış ediblər.