YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Bizim arzumuz Cənubi Qafqazda sülhün tam bərqərar olmasıdır

Ermənistanla münasibətlərin normallaşması istiqamətində atdığımız addımları can Azərbaycan ilə məsləhətləşirik. Addımlarımızı, qərarlarımızı birlikdə məsləhətləşirik və proses bundan sonra da davam edəcək.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 20-də Ankarada səfərdə olan Malayziyanın xarici işlər naziri Saifuddin Abdullahla birgə keçirilən mətbuat konfransında bildirib.

İstanbul-Yerevan reysi üzrə aviareyslər barədə məlumat verən Mövlud Çavuşoğlu deyib ki, bu sahədə bəzi şirkətlərin müraciətləri olub. Bu istiqamətdəki vəziyyət Nəqliyyat və İnfrastruktur Nazirliyi, Mülki Aviasiya İdarəsi ilə birgə araşdırılır.

“Bizim arzumuz Cənubi Qafqazda sülhün tam bərqərar olması, ölkələri bir-birinə bağlayan, iqtisadi inkişafa böyük təsir göstərən Zəngəzur dəhlizi daxil olmaqla, dəmir və avtomobil yollarının açılmasının reallaşmasıdır. Türkiyə olaraq bu layihələrə lazımi dəstəyi verəcəyik”, - deyə nazir əlavə edib.