Xəbərlər
YAP Nərimanov rayon təşkilatının “Əhməd Rəcəbli 25” ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib
YAP Nərimanov rayon təşkilatının “Əhməd Rəcəbli 25” ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Ərazi partiya təşkilat sədri Anar Hacıyev hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib.
Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Səyamək Əminzadə ərazi partiya təşkilatının sədri, Emil Əsgərov isə sədr müavini seçilib.
YAP Nərimanov rayon təşkilatının əməkdaşı Vüsal Əliyev çıxış edərək təşkilatın işinə uğurlar arzulayıb.