YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuşdur

Dosent Vazeh Əskərov

Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü,

Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru

Aşıq ağlat məni, dolum, boşalım,
Əridim, bağrımın yağımı qaldı?
Yaşıl bostanımın, yaşıl bağımın,
Kökdən üzülməmiş tağımı qaldı?
Oxu asta-asta, de sərin-sərin,
Dərdimiz ağırdı, yaramız dərin.
Karvanı köçdüsə Dədə Heydərin,
Daha deyib-gülmək çağımı qaldı? 

Zəlimxan Yaqub “Böyük ömrün dastanı”

Azərbaycan xalqı 12 dekabr 2003-cü ilin şənbə səhərini vətənin böyük oğlu, böyük şəxsiyyət, müdrik dövlət xadimi, Azərbaycanın eks-prezidenti olmuş Heydər Əliyevin vəfatı xəbəri ilə açdı. Ölkədə yeddi günlük ümummilli matəm elan olunmuş, dövlət bayraqları endirilmiş, bütün dövlət tədbirlərinin keçirlməsi dayandırılmış və Azərbaycan xalqının milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynamış dahi şəxsiyyət Heydər Əliyevin vəfatı ilə bağlı hüzn ab-havası hökm sürürdü. Yerli telekanallarda Ümumilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı arxiv materialları nümayiş etdirilir. Ölkə hökumətinin üzvləri, ziyalıların, ictimaiyyətin nümayəndələri bir-birinin ardınca televiziyada çıxış edərək ümummilli lider Heydər Əliyevin vəfatı ilə bağlı kədərlərini bölüşürdülər. Natiqlər öz çüxışlarında xalqı hazırkı prezident İlham Əliyevin ətrafında sıx birləşməyə və atasının başladığı işi davam etdirməyə çağırırlar.

Milyonlarla insanın sevimlisinə çevrilmiş Ulu Öndər hələ gənc ikən öz xalqının taleyüklü məsələlərində yaxından iştirak etmiş, yüksək vəzifələrə layiq görülmüş və çiyinlərində öz ölkəsinin böyük yükünü daşımışdır. Elə bu səbəbdəndir ki, Ümummilli liderin keçdiyi böyük və mənalı eləcə də olduqca şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Məhz Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə sovet respublikaları arasında geridə qalmış Azərbaycanı qısa bir zamanda böyük bir siçrayışla inkişaf yoluna gətirmişdir.

Həmin dövrdən başlayaraq ölkədə bu vaxta qədər görünməmiş inkişaf və yüksəliş eləcə də tikinti-quruculuq işləri başlanılmışdır. Respublikanın bütün sahələrində, siyasi və mədəni həyatında uğurlu inkişaf başladılmış və Azərbaycanda yeni həyat başlamışdır. Bu inkişaf nəticəsində tezliklə respublikanın bütün sahələrində, iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmişdir. İldən ilə yeni yaşayış massivləri və qəsəbə və kəndləri salınır, məktəblər, uşaq bağçaları, universitetlər açılırdı. Respublikamız üçün böyük əhəmiyyət kəsb edən yeni saraylar, yaraşıqlı binalar və şəhərə gözəllik verən yaşıllıqlar salınırdı.

Ən əsası isə Ulu Öndərin Respublikaya rəhbərlik etməsi ölkədə bu vaxta qədər görünməmiş milli ruhun, azərbaycançılığın və kadr potensiallının milliləşdirilməsinin təməli qoyulmağa başlanılmışdır. Məhz həmin dövrdən başlayaraq hər il yüzlərlə azərbaycan gənci təhsil almaq üçün SSRİ-in ən qabaqcıl ali məktəblərinə göndrilmiş və azərbaycanlılar daha mühüm dövlət vəzifələrinə irəli çəkilməyə başlanılmış, Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş və bununla da tez bir zamanda Azərbaycan digər respublikalar arasında qabaqcıl respublikalarından birinə çevrilmişdir.

Sovet dövrünün perestroyka dövründə Qorbaçov rejiminin qəzəbinə tuş gəlmiş Ümummilli lider səhəti bəhanə gətirilərək əvvəlcə müalicə adı ilə bütün dövlət işlərindən uzaqlaşdırılmış və sonra isə məcburən təqaüdə göndərilmişdir. Lakin ölkədə baş verən hərcmərclik və səriştəsiz idarəçiliyin baş alıb getməsinə dözə bilməyən və sonda məlum 20 Yanvar hadisələrindən bir gün sonra xalqın xilaskarı ulu öndər Heydər Əliyev yenə də xalqımızın kədərini bölüşmüş və ölkə vətəndaşlarına qarşı həyata keçirilmiş qanlı aksiyanı ifşa edərək cəllad Qorbaçov hakimiyyətini ciddi tənqid edərək xalqa bir dayaq və təsəlli olmuşdur.

Yenicə müstəqilliyini bərqrar etmiş müstəqil Azərbaycan yenə də ciddi  böhran və ərazi bütövlüyünə qarşı ciddi təziqlər ilə üzləşmiş və müharibə şəraitinə düşmüşdür. Ölkə yenicə bərpa etmiş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Azərbaycan xalqı yeganə çıxış yolu kimi təkidlə Heydər Əliyevin yenidən hakimiyyətə çağırmış və yalnız onun uzaqgörən siyasi baxışı ilə gənc ölkənin düşdüyü bu ağır vəziyyətdən eləcə də sosial-iqtisadı, hərbi-siyasi böhrandan çıxardacağına inanmışdır.

1991-1993-cü illərdə Naxçıvanda 1993-cü ildən 2003-ü ilə qədər isə paytaxt Bakıda Ülü Öndər bütün əməyini sərf edərək düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın inkişafı və vətəndaşlarının rifahı uğrunda gecə-gündüz çalışmış və ölkəmizin müstəqilliyini əbədi etmiş eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəflərini müəyyən edərək Azərbaycanın sonrakı illərində də inkişaf edərək möhkəmlənmsinin təməlini qoymuşdur. Ən əsası isə öz xalqının gələcəyini düşünürək "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək dövlətin idarə edilməsini öz layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev olduğunu bildirmişdir. Bu gün Azad Azərbaycan, məhz Prezident İlham Əliyevin uğurlu siyasəti ilə idarə edilərək inkişaf etdirilir.