YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında  Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və  Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılovun iştirakı ilə  görüş keçirilib.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, bugünlər biz müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin  əziz xatirəsini yad edirik: “Əslində, Ulu Öndər Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltmışdı ki, Onun xatirəsi daim ürəklərdə yaşayır, Onu hər gün dərin minnətdarlıq hissi ilə anırıq. Xalqların, ölkələrin tarixində həqiqi liderlərin rolu danılmazdır. Onlar öz xalqlarını çətin vəziyyətdən çıxarır, düzgün yol göstərir, taleyüklü məsələlərin həllində müdrik məsləhətçi olurlar. Bu baxımdan görkəmli ictimai-siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində əvəzsiz rolu olub. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb”.

Sonra çıxış edən Milli Məclisin komitə sədri Sadiq Qurbanov dahi şəxsiyyət Heydər Əliyevin   dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında,eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Millət vəkili Heydər Əliyev siyasətinin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra çıxış edən millət vəkili Şahin İsmayılov bildirib ki, Ulu Öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. O qeyd edib ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaq.

İclasda həmçinin, YAP Nəsimi rayon təşkilatının ərazi ilk partiya təşkilatının sədr müavini Tamilla Naibova çıxış edərək Ulu Öndərimiz xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib.