YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda ulu öndər Heydər Əliyevə həsr olunmuş videokonfrans keçirilib

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının təşkilatçılığı ilə “Milli birliyin və həmrəyliyin banisi” mövzusunda videokonfrans keçirib.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Konfransı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Neva Aburahmanova ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov “Heydər Əliyev liderliyinin qalibiyyət və zəfər rəmzi”, YAP Qusar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən David İbramxəlilov “Heydər Əliyev irsi: dövlətçilik və müasirlik”, partiya fəalı Edmar Mustafayev “Qarabağ Zəfərinə gedən yol və ata vəsiyyəti”, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova isə “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” mövzusunda çıxış ediblər.

Sonda Ulu Öndərə həsr edilən “Heydər Əliyev ideyaları yaşayır və zəfər çalır” mövzusunda videoçarx nümayiş olunub.