YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Post-müharibə dövründə Azərbaycan diplomatiyasının Soçi uğuru

Məlahət İbrahimqızı

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü,

Milli Məclisin deputatı

Post-müharibə dövründə Azərbaycan diplomatiyasının Soçi uğuru.

Dünən bütün dünya mətbuatının və beynəlxalq ictimaiyyətin diqqəti və gözü Soçidə keçirilən üçtərəfli görüşdı idi. 44 günlük Vətən müharibəsi zaman Azərbaycan xalqı  öz doğma torpaqlarını təcavüzkar Ermənistanın  işğalına son qoysa da, bölgəmizdəki vəziyyət, daha doğrusu iki qonşu ölkə arasında münasibətin normallaşmasına ciddi əngəl olacaq problemlər qalmaqda davam edir.Ermənistanın kapitulyasiyasını təsdiq edın 10 noyabr 2020 tarixli sənəd  və bu sənəddə əks olunmuş bəndlərin yerinə yetirilməsi məqsədilə 11 yanvar 2021 tarixində keçirilmiş Moskva görüşündə üçtərəfin imzaladığı sənədlər olsa da hələ də işğalçı tərəf hər iki sənəddə əks olunmuş çox önəmli məsələlərin həllinə mane olmaq üçün müxtəlif əsassız bəhanələr gətirir. Qələbədən dərhal sonra Müzəffər Ali Baş Kamandanımız  Ermənistana, eləcə də bütün dünyaya münaqişənin həll olunduğu, tarixi torpaqlarımızın işğaldan azad və ərazi bütövlüyümüz bərpa edilməsi haqqında bəyan etmişdi. Eyni zamanda bölgədə yeni bir səhifənin açıldığını, bölgə xalqları üçün gələcəkdə əmin-amanlıq, təhlükəsiz və sabitlik və dayanıqlı inkişaf mühiti ola biləcək bir mərhələnin olacağı haqqında, eləcə də bu bölgədə yeni əməkdaşlıq platformu üçün fürsətlərin olduğunu O, dəfələrlə elan etmişdi.  Çox təəssüf ki, ötən bir il təcavüzkarın  öz çirkli niyyətindən və əməlindən hələ də əl çəkə bilmədiyini göstərdi. Bugünədək Ermənistan tərəfi dəfələrlə müxtəlif təxribat xarakterli cinayətlər törətmiş və bunu hələ də davam etdirir. Rəsmi Ermənistan qeyd etdiyimiz iki sənəddə əks olunmuş çox önəmli bəndlərin yetirilmməməsi üçün hər cürə təxribatlara əl atmaqda davam edir. Sözsüz ki, Ermənistanın törətmiş olduğu hər təxribata Azərbaycan tərəfi  misli ilə cavab verir, amma bütün bunlar bölgədəki davamlı sülhün bərqərar olmasında çox ciddi problemlərdir. İşğalçı Ermənistanın bu dekonstruktiv  və xoşniyyətli olmayan bu əməlləri  sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur koridorunun açılması, sülh müqaviləsinin imzalanması kimi bölgə üçün həyati vacib məsələrin yerinə yetirilməməsinin məqsədini daşıyır. Əlbəttə Azərbaycan hər zaman danışıqlar yolunu daha üstün tutmuşdur. Bu mənada Soçidə dünən keçirilmiş üçtərəfli zirvə görüşü məhz Cənubi Qafqazın, eləcə də bizim bölgənin gələcək taleyi üçün müstəsna əhəmiyyətli məsələlərin həll olunmasında  önəmli idi. Təkrar qeyd edim ki, Azərbaycan xalqı Vətən müharibəsində öz torpaqlarını azad etsə də, qisasını alsa da uzun onilliklərboyu Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik mövqeyində və əsassız torpaq iddiasında olmuş bu xəyanatkar qonşu ilə çox qısa müddətdə bütün münasibətlərin birdən-birə tam normallaşması asan deyil, daha doğrusu mümkün deyil. Sözsüz ki, dəmir yumruğun müşaiyyəti ilə danışıqlar yolu ilə möhtərəm Prezidentimizin bu problemləri həll edəcəyinə hər kəs, xalqımız əmindir.

Biz bir reallığı da nəzərə almalıyıq ki, son iki yüz ildə ermənilərə başqa ölkələr tərəfindən ciddi dəstək olsa da, onların bu qondarma dövlətinin üzərində ən böyük təsiredici güc  Rusiyadır. Ümumiyyətlə tarix boyu ən azı üçyüz ilə yaxın bir müddətdə Qafqazda söz sahibi olan ölkələrdən biri, Rusiya olmuşdur. Bu mənada ATƏT-in Minsk qrupu yarandığı gündən bölgə ictimaiyyətinin ona ümidi yox idi və bu sübut da olundu və  ötən dövr bunu bir  daha təsdiq etdi. Bütün beynəlxalq təşkilatlar da çox gözəl anlayırdı ki, Minsk qrupunda əsas vasitəçi Rusiyadır. Ona görə Rusiyanın  vasitəçiliyi ilə keçirilən bu görüş Azərbaycan üçün, Azərbaycanın marağı baxımından  hədsiz dərəcədə vacib idi. Və biz bu görüşdən öz marağımızı təmin edən cavabları aldıq. Ən əsas marağımız isə, qeyd etdiyimiz kimi, sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur koridorunun ən qısa zamanda fəaliyyətə başlaması və sülh sazişinin tezliklə imzalanması idi ki, möhtərəm Prezidentimiz ötən dövr ərzində bunları bütün müsahibələində, görüşündə və qatıldığı beynəlxalq tədbirlərdə səsləndirirdi.

Bu mənada məhz bu məsələr dünənki Soçi görüşməsində Azərbaycana heç bir şərt qoyulmadan  Putin  tərəfindən nəinki səsləndirildi, hətta çox tezliklə  onların  həll olunmasının zəruri olduğu bildirildi. Diqqətçəkici məqam da elə odur ki, bu məsələlərlə bağlı Putinin fikirləri sanki möhtərəm Prezidentimizin fikirlərini gücləndirməklə bərabər təsdiq etdi.  Sözsüz ki, Soçi görüşünün ölkəmiz üçün əhəmiyyətli olmasında Azərbaycanın uğurla həyata keçirilıən diplomatiyasının xüsusi rolu vardır. Soçi görüşündə həm  Putinin , həm Prezidentimizin çıxışlarında  bir neçə dəfə  səsləndirilmiş kommunikasiyaların açılması, avtomobil yollarının açılmasına xidmət edən  layihələrin başlanması kimi önəmli məsələrin imzalanmış Bəyanatda əks olunması həqiqətən ölkəmiz üçün qürurvericidir.  Bu görüşün nəticələri  bir daha möhtərəm Prezidentimizin nə qədər müdrik olduğunu sübut etdi. Ümumiyyətlə beynəlxalq aləmdə Azərbaycan həyata keçirdiyi xarici siyasətinə və ikitərəfli və çoxtərəfli əməkdaşlıqda ən etibarlı və güvənilən tərəfdaş kimi tanınır və hörmət edilir. Soçi görüşündə Paşinyanın çıxışında iki ölkə arasındakı postmüharibə problemlərinin yenidən ölü qurum olan ATƏT-in Minsk qrupuna daşıması cəhdi boşa çıxmaqla bərabər, ən strateji müttəfiqi olan Ermənistana həyat və can verən, eyni zamanda bu qrupun əsas üzvü olan Rusiyaya qarşı xəyanət kimi qəbul etmək olar. Əlbəttə bu məqamı dünyanın ən güclü dövlət adamı olan Putin  hiss etməyə bilməzdi. Bu mənada uzun illər bir şəmsiya altında yaşadığımız, ortaq tarixə malik olduğumuz, ən yaxın qonşularımızdan olan, eləcə də minlərlə azərbaycanlının yaşadığı Rusiya haqqında Prezidentimiz möhtərəm cənab İlham Əliyevin səsləndirdikləri yüksək fikirləri Putin dəyərləndirməyə bilməzdi.Xüsusi qeyd etmək lazımdır ki, bu Bəyanat nəinki bugün böyük əhəmiyyətə malikdir, bu  sənəd  tarxi bir sənəd kimi gələcəkdə də erməni revanşist qüvvələrə qarşı mübarizədə misilsiz bir vasitə olacaqdır.  Bir daha vurğulamalıyıq ki,  Ermənistanın Baş naziri Paşinyanın Soçi görüşündə çıxışında  səsləndirdiyi “Naqornu Qarabağ” ifadəsi işlətsə də qəbul edilmiş Bəyanatda bu ifadə əks olunmadı.  Daha doğrusu sənəd bu ifadənin Azərbaycan Prezidenti və Müzəffər Ali Baş Kamandanı tərəfindən tarixin çöpxanasına atıldığını sübut etdi. Göründüyü kimi, Paşinyanın özü ilə İrəvandan Soçi görüşünə gətirdiyi əsassız problemlərin heç biri, eləcə də əsir və girov məsələsinin də Bəyanatda yer almaması onun növbəti məğlubiyyət göstəricisidir. Bilirsiz ki, sənəddə də əks olunduğu kimi, möhtərəm Prezidentimiz dəfələrlə postmüharibə dövründə həll olunmamış bütün problemlərin xüsusilə də, sərhədlərin delimitasiya və demarkasiya məsələsində də Rusiyanın vasitəçiliyinin xüsusi əhəmiyyətini qeyd edir. Bu reallıqdır. Əlbəttə sərhədlərin delimitasiya və demarkasiyası tarixi sənədlər, beynəlxalq hüquq çərçivəsində aparılmalıdır. Bir mənalı olaraq hər kəs də bilir ki,  son iki yüz ilin, eləcə də, son yüz ildə mövcud olan bütün tarixi sənədlər Rusiya arxivindədir. Və bununla bağlı Rusiya rəsmiləri də dəfələrlə açıqlams veribdir. Bu mənada bütün bu problemin həllində Rusiyanın öz vasitəçilik missiyaı çərçivəsində tarixi ədalət nümayiş etdirəcəyinə ümid edirik.