YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. İclaslarda hesabat məruzələri dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonrakı dövr ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə də baxılıb. Hüseynov Səməd Mərdəkan qəsəbəsi Şərq 29A ərazi partiya təşkilatının sədri, Məmmədxanlı Elbəy sədr müavini, İsayeva Samirə Mərdəkan qəsəbəsi S.Yesenin 2a ərazi partiya təşkilatının sədri, Əsədova Rəna sədr müavini, Cəlilov Tağı Buzovna qəsəbəsi Koroğlu 5 ərazi partiya təşkilatının sədri, Aslanova Günay sədr müavini, Həsənov Azər Qala qəsəbəsi Dəmiryolçular ərazi partiya təşkilatının sədri, Abdullayeva Sevda sədr müavini, Atakişiyev Raqif Binə qəsəbəsi R.Məmmədhüseynov 23 ərazi partiya təşkilatının sədri, Rzayeva Şölə sədr müavini, Əliyeva Xəyalə Qala qəsəbəsi Sülh 47 ərazi partiya təşkilatının sədri, Məmmədova Vüsalə sədr müavini, Vəliyev Vasif Mərdəkan qəsəbəsi, S.Dadaşov 6 ərazi partiya təşkilatının sədri, Orucova Sevinc sədr müavini, Əliyeva Şəlalə Mərdəkan qəsəbəsi S.Yesenin 94 ərazi partiya təşkilatının sədri, Məmmədova Kamilla sədr müavini, İbrahimov İsa Mərdəkan qəsəbəsi S.Yesenin 102a ərazi partiya təşkilatının sədri, Quliyeva Gülbəniz sədr müavini, Məmmədova Samirə Zirə qəsəbəsi S.Ə.Şirvani 42 ərazi partiya təşkilatının sədri, Məmmədova İlahə sədr müavini seçiliblər.

Yığıncaqlarda YAP-ın VII qurultayında rəhbərlik tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər barədə partiya fəallarına məlumat verilib.