YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı şəhid Mansurov Elçin Elşad oğlu doğum günü anılıb

Vətən Müharibəsi Qəhrəmanı şəhid Mansurov Elçin Elşad oğlu doğum günü anılıb. Doğum günü münasibətilə II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət edilmiş, önünə əkili qoyulmuş, böyük ehtiramla yad olunmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Soltan Məmmədov, şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər, və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, səbr diləmiş, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdirlər.

Şəhid Vətən Müharibəsi Qəhrəmanı Mansurov Elçinin adının əbədiləşdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onun ailəsinin Binə qəsəbəsindəki yaşadığı küçəyə onun adı verilmiş, göstərici lövhələr vurulmuşdur. Nazirlər Kabinetinin qərarı ilə isə Binə qəsəbəsində yerləşən 88 saylı tam orta məktəbə onun adı verilmişdir.

 Sonda Şəhid Mansurov Elçin Elşad oğlunun təltif olunduğu “İgidliyə görə”medalı ailəsinə təqdim olunmuşdur.