YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Prezidenti Təhlükəsizlik Şurasının üzvlərinə Soçi görüşü barədə məlumat verib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə Soçidə keçirilən görüşündən sonra Təhlükəsizlik Şurasının iclasını keçirib.

Rusiya Təhlükəsizlik Şurasının üzvləri əvvəlcə Kemerovo vilayətindəki şaxtada baş vermiş qəzanın qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Rusiya Prezidenti Təhlükəsizlik Şurasının üzvlərinə Soçi görüşünün yekunları barədə məlumat verib.

V.Putin, həmçinin MDB ölkələri ilə münasibətlərin ətraflı müzakirə olunacağını deyib.