YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboy rayonunda şəhid Əfqan Həmzəyevin xatirəsi anılıb

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayon ağsaqqalları və ziyalıları, şəhid ailələrinin üzvləri ilə birlikdə Goranboy rayonu Borsunlu kəndində Vətən müharibəsi şəhidi Həmzəyev Əfqan Bəhmən oğlunun qırx mərasimində iştirak edib.

Şəhid Həmzəyev Əfqanın evində təşkil olunmuş anım mərasimində çıxış edən millət vəkili şəhidimizə Allahdan rəhmət diləyib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ savaşının məhz şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini, eyni zamanda, 30 ildən sonra qəhrəman ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etdiyini vurğulayıb.

Şəhid ailənin üzvləri də dövlətimiz tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, əsgər Həmzəyev Əfqan Bəhmən oğlu 14.10.2021-ci il tarixdə Ağdam rayonu istiqamətində, düşmənin snayper atəşi ilə şəhid olub. Şəhidimiz Borsunlu kəndində dəfn edilib.