YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabda YAP-ın təsis edilməsinin 29-cu ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında partiyanın yaranmasının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Pərvin Mahmudova 29 illik tarixi yolda ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rolundan danışıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında olması onun yaradıcısı Ulu Öndərin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Onun sözlərinə görə, bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə daha da artmaqdadır. Və bu gün YAP-ın yaradılmasının 29-cu ildönümünü qalib xalq kimi Zəfər qazanmış dövlətimizdə qeyd edirik.

Tədbirdə “Maliyyə idarəsi” ərazi partiya təşkilatının sədri Etibar Hacıyev, YAP fəalı Maisə Xəlilova çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla ölkədə həyatın bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirib.

Daha sonra rayonun ictimai-siyasi həyatında və Vətən müharibəsində fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərmanlar verilib, YAP sıralarına yeni qəbul olunmuş bir qrup fəal gəncə partiya vəsiqələri təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaydan Partiyasının yaranmasının 29-cu ildönümü münasibəti ilə ağacəkmə kampaniyası keçirilib.