YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ucar rayon təşkilatının fəalları şəhid Təbriz Bəkirovun məzarını ziyarət ediblər

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə YAP Ucar rayon təşkilatının bir qrup fəalı rayonun Bağırbəyli kəndində Vətən müharibəsi şəhidi Bəkirov Təbriz Etibar oğlunun məzarını ziyarət edib, məzarın önünə tər çiçəklər düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra təşkilatın üzvləri şəhidin valideyinləri ilə görüşüblər.

Qeyd edək ki, Şəhid Təbriz Bəkirov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid Təbriz Bəkirov 2011-ci ildən YAP-ın üzvü idi.