YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qusar rayon təşkilatı partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29 – cu ildönümü münasibətilə YAP Qusar rayon təşkilatında tədbir keçirilib.

Əvvəlcə partiyanın yaradıcısı,ümummilli lider Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən David İbramxəlilov qeyd edib ki, biz partiyamızın 29 -cu ildönümü yeni tarixi şəraitdə, qalib ölkənin vətəndaşları kimi qarşılayırıq. Təşkilat sədri  Yeni Azərbaycan Partiyasının yarandığı dövrdə ölkədəki vəziyyət, “91- lər” in Ümummilli Liderə tarixi müraciəti, ulu öndər  Heydər Əliyevin xilaskarlıq missiyası və partiyanın inkişafının müasir dövrü haqqında söz açıb.

Tədbirdə çıxış edən partiya veteranı, YAP Qusar rayon təşkilatının yaradıcılardan biri Əliyulla Ağalarov,Vətən Müharibəsi Qəhrəmanı Renat Şixnəbiyev və YAP üzvü, Vətən müharibəsi qazisi Ruslan Kübərov partiyanın keçdiyi şərəfli tarixi yoldan və YAP-ın  Sədri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən söz açıblar.

Sonra tədbirə dəvət olunmuş YAP üzvü olan şəhid valideynləri və Vətən müharibəsinin qaziləri fəxri fərmanlarla təltif edilib və  onlara hədiyyələr təqdim olunub.

Tədbirin sonunda partiyaya yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.   

Həmin gün Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə  ağacəkmə aksiyası da təşkil olunub. YAP Qusar rayon təşkilatının fəallarının iştirakı ilə yeni salınan “Zəfər parkı”nda müxtəlif dekorativ ağaclar əkilib.