YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Göygöl rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir.

YAP Göygöl rayon təşkilatı da bu tarixi hadisə ilə əlaqədar tədbirlər planına uyğun olaraq ardıcıl tədbirlər reallaşdırır.

YAP Göygöl rayon təşkilatının təşkil etdiyi növbəti tədbirlərdən biri də ağacəkmə aksiyası olub.

Aksiyada YAP Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, təşkilatın aparat işçiləri, Göygöl Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ərazi ilk partiya təşkilatlarının  əməkdaşları və YAP Göygöl rayon təşkilatının  könüllüləri  iştirak ediblər. Rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən rayonun Şəhidlər xiyabanının ərafına 200 ədəddən artıq həmişəyaşıl ağaclar əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib.