YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidinin anım tədbiri keçirilib

Göygöldə Vətən müharibəsi şəhidi Vüsal Bayram oğlu Həsənovun anım tədbiri keçirilib.

Anım mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.  

Qeyd edək ki, şəhid Vüsal Bayram oğlu Həsənov 17 mart 1986-cı ildə Göygöl şəhərində anadan olub. 2010-cu il aprel ayından 2011-ci il oktyabr ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman könüllü olaraq hərbi xidmətə gedib, döyüş əməliyyatlarında iştirak edib. Vüsal Həsənov 8 noyabr 2020-ci tarixdə Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidentinin Sərəncamı ilə Vüsal Bayram oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.