YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə YAP-ın yaradılmasının 29-cu ildönümünə həsr edilmiş bayram tədbiri keçirilib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatı “Yeni Azərbaycan Partiyası xalqın siyasi bayraqdarıdır!” adlı tədbir keçirib.

Şəhid ailələrinin üzvlərinin  və qazilərin də iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub.

Sonra Bərdə Şəhər 5 saylı tam orta məktəbin şagirdlərinin Qarabağ Zəfərinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə YAP Bərdə rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən  Fəqət Şadlinskaya məruzə ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan və Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilərək qazanılan qələbədən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əsl xalq partiyasına çevrilib, Cənubi Qafqaz bölgəsinin ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib.

Tədbirdə həmçinin, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, YAP rayon təşkilatının ilk üzvlərindən biri, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, “Qarabağ” ordenli Vətən müharibəsi qazisi Dursun Manaflı, Vətən müharibəsi şəhidi Qəribzadə Fəxrinin bacısı Türkanə Qəribova partiyanın ideologiyasından, xalqa xidmətindən söz açıblar.

YAP rayon təşkilatı tərəfindən Vətən müharibəsində arxa cəbhədə fədakarlıq göstərmiş bir qrup partiya fəalı fəxri fərmanla mükafatlandırılıblar.

Tədbir məktəblilərin hazırladığı kompozisiya ilə davam edib.

Tədbirdən sonra təşkilat  fəalları YAP-ın yaradılmasının 29-cu ildönümü münasibəti ilə ağacəkmə aksiyası  keçiriblər.