YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda YAP-ın yaranmasının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatında partiyanın təsis edilməsinin 29-cu ildönümü münasibətilə videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Lənkəran rayon təşkilatı sədrinin səlahiyyətilərini icra edən Möhübbət Babayev, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra videokonfrans iştirakçılarını partiyanın ildönümü münasibətilə təbrik edən M.Babayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan YAP-ın bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında öz inkişafının ən möhtəşəm tarixini yaşadığını söyləyib.

Tədbirdə “Tibb koleci” ərazi partiya təşkilatının sədr müavini Peysudə Kamilə, “Təhsil şöbəsi” ərazi partiya təşkilatının sədri Güloğlan Bağırov və Lənkəran şəhər 1 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Nəzakət Abdullayeva Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan danışıblar.