YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə YAP-ın təsis edilməsinin 29-cu ildönümü qeyd olunub

YAP Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı partiyanın təsis olunmasının 29-cu ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib.

Ağacəkmə aksiyasında YAP Şəmkir rayon təşkilatının rəhbərliyi və partiya fəalları, Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin  Şəmkir şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət  edib, üzərinə tər çiçəklər düzüblər.

Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra rayonda təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması məqsədilə aksiya iştirakçıları tərəfindən müxtəlif ağac növləri əkilib.