YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamda ağacəkmə kampaniyası keçirilib

Ağdamda şəhərin işğaldan azad olunmasının birinci, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib.

Həmçinin, Ağdamın Quzanlı qəsəbəsində böyük konsert proqramı təşkil olunub.

Konsertdə rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələri, qazilər iştirak ediblər.

Çıxış edənlər Ağdamın işğaldan azad edilməsinin ildönümü münasibətilə rayon sakinlərini təbrik edib, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlardan, qazanılan şanlı Zəfərdən danışıblar.