YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əliyev bir partiya sədri kimi özünü ifşa etdi

“Bildiyimiz kimi bir neçə gün öncə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Əliyar Şirməmmədov Vətəndaş və İnkişaf Partiyasının Siyasi Şurasından və partiya üzvlüyündən istefa verib. Elə partiya üzvü də öz açıqlamasında bildirib ki, Əli Əliyev partiyanı diktator kimi idarə etməyə çalışıb”. Bu sözləri Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə son zamanlar Vətəndaş və İnkişaf Partiyasının daxilində çəkişmələr güclənib: “Düşünürəm ki, bu partiya sədrinin artıq partiyadan öz məqsədləri üçün istifadə etməsindən irəli gəlir. Əli Əliyev öz çıxışları ilə xalq arasında özünə xal qazanmağa çalışsa da, görünən odur ki bu haldan heç öz partiya əməkdaşları da razı deyil”.

Müşfiq Cəfərov qeyd edib ki, Əli Əliyev siyasi cəhətdən yetkin olmayan bir partiya sədri kimi özünü ifşa etdi və partiyadaxili narazılıqlar da böyüdü: “Son zamanlar da hər kəsə qarşı mübarizəyə keçən partiya sədri təkcə iqtidarın nümayəndələrini deyil, hətta öz ətrafındakıları belə tənqid və təhqir etməkdən çəkinmir”.