YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Elgün Bəyişlinin ildönümü mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ Müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Beyləqan rayonun Təzəkənd kəndinin sakini çavuş Bəyişli Elgün Teyyub oğlunun şəhadətinin ildönümündə iştirak ediblər.

Ziyarətçilər Elgün kimi qəhrəman oğul yetişdirdikləri üçün ailəsinə minnətdarlıqlarını ifadə ediblər.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkəmizin başçısına minnətdar olduqlarını bildiriblər.