YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Emil İsgəndərovun anım mərasimi keçirilib

Sumqayıtda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri İsgəndərov Emil Vaqif oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının nümayəndələri və partiya fəalları, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Təşkilat üzvləri şəhidin ailəsinə başsağlığı verib, belə qəhrəman oğul böyütdükləri üçün təşəkkür ediblər.

Mərasimdə Emil İsgəndərovun şərəfli ömür yolundan, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdəki şücaətindən bəhs edilib. Şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Qeyd edək ki, Emil İsgəndərov noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub, ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.