YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

8 Noyabr xalqımızın yaddaşında şanlı bir gün kimi qalacaq

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Azərbaycan tarixində 8 noyabr 2020-ci ildə qazandığımız böyük Zəfər qələbəmizə bərabər tutula biləcək bir tarix yaşamamışdıq. Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi gələbə dünyada öz unikallığı ilə tarixə yazılmış oldu. Dünya tarixində belə bir hadisə olmamışdır ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi. Əsgərlərimiz torpaqlarımız və dövlətimiz naminə öz canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız  cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət dəmir bir yumruğa çevirildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin nə gücü, nə də güdrəti çatmaz.

Prezident cənab İlham Əliyevin hərb meydanında Müzəffər sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə də böyük diplomat va güclü siyasətçi olması öz təsdiqini tapdı.

Cənab İlham Əliyev 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gəldi və mübarizlik rəmzinə çevirildi.

Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan bir gün də olsun Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəklərində yaşatdı. Hər zaman vətəni və dövləti sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də  bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qalib xalq kimi qazandıq.

Ulu Öndər Heydər Əliyev xalqla ğörüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün  torpaqlarımızı qaytaracağıq" deyirdi.

Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu, irsini rəhbər tutaraq bu yolu davam etdirdi. "Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır" söyləyirdi. Ölkə başçımız Ulu öndərə və xalqa verdiyi vədləri yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan zad edildiyi gün cənab İlham Əliyevin  Ulu öndərin qəbrini ziyarət etməsi və orada "Mən xoşbəxtəm ki, ata vəsiyətimi yerinə yetirdim" deməsi xalqın öz liderinə olan sevgisini daha da artırdı. İlham Əliyev öz irsinə, dövlətinə, xalqına bağlı bir şəxsdir. Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapıb və tapmaqdadır.

Bu gün Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə günahsız gətlə yetirilmiş mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz bütün dünyaya  göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq.

8 Noyabr xalqımızın yaddaşında şanlı bir gün kimi qalacaq.